Zeytun yarpağının faydaları nələrdir?


Zeytun yarpağı tərkibindəki güclü antioksidantlar, xüsusilə oleuropein maddəsi ilə sağlamlıq üçün faydalı bitkilər arasında yer alır.

Turkustan.az bildirir ki, zeytun yarpağı immun sisteminin güclənməsinə dəstək ola, orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruya bilər. Eyni zamanda qan təzyiqinin tənzimlənməsinə, xolesterinin balansda saxlanmasına və ürək-damar sağlamlığının qorunmasına kömək etdiyi qeyd olunur.

Zeytun yarpağı antibakterial və iltihab əleyhinə xüsusiyyətləri sayəsində infeksiyalara qarşı da qoruyucu təsir göstərə bilər. Çay və ya ekstrakt formasında istifadə edildikdə həzm sisteminin fəaliyyətini dəstəklədiyi vurğulanır.

Zeytun yarpağının dəri üçün faydaları

Zeytun yarpağı dərinin sağlamlığında da mühüm rol oynaya bilər. Antioksidant təsiri ilə dərinin erkən qocalmasının qarşısını almağa, hüceyrə yenilənməsini sürətləndirməyə kömək edir. Antibakterial xüsusiyyətləri sayəsində sızanaq problemlərində dəstəkləyici təsir göstərə bilər. Bundan başqa, dərinin nəmlik balansını qoruyur, elastikliyini artırır və dəri tonunun bərabərləşməsinə yardımçı olur.


MANŞET XƏBƏRLƏRİ