İqtisadçı Natiq Cəfərli 2027-ci ildə uşaqpulunun verilib-verilməyəcəyi ilə bağlı müzakirələrə münasibət bildirib.
Turkustan.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
İqtisadçı qeyd edib ki, son günlər jurnalistlərdən ən çox aldığı suallardan biri gələn il uşaq pulunun verilib-verilməyəcəyi ilə bağlıdır.
N.Cəfərlinin sözlərinə görə, bir neçə gün əvvəl açıqlanan 2027-ci ilin ilkin büdcə təklif sənədində “uşaqpulu” anlayışı yer almır.
O, büdcə müzakirələri zamanı da bu məsələnin sənədə daxil edilməsinin gözlənilmədiyini bildirib./Globalinfo.az