İsrail müxalifətinin lideri Qadi Eisenkot seçkilər ərəfəsində Baş nazir Benyamin Netanyahunu hakimiyyətdə qalmaq üçün hər vasitəyə əl atmaqda ittiham edib.
Turkustan.az xəbər verir ki, “The Times of Israel” qəzetinin məlumatına görə, Yaşar Partiyasının lideri Eisenkot Təl-Əvivdə keçirilən seçki mitinqində çıxış edərək Netanyahu tərəfdarlarını ona dəstəklərini geri çəkməyə çağırıb.
Eisenkot İsrailin Netanyahunun rəhbərliyi altında daha dörd il yaşaya bilməyəcəyini bildirib. O, baş nazirin rəhbərlik etdiyi Likud Partiyasının yolunu azdığını və ölkənin indiki istiqamətdə davam edə bilməyəcəyini vurğulayıb.
“Sorğuları görürəm, məlumatları bilirəm və Netanyahunu tanıyıram. O, hakimiyyətdə qalmaq üçün heç nədən əl çəkməyəcək, yalan danışmaqdan da, ifrat addımlar atmaqdan da çəkinməyəcək”, – deyə Eisenkot bildirib.
Aytən Yaşar/Turkustan.az