Yaxın Şərq üçün dördtərəfli həmlə: Yekun bəyanat dərc edildi


İranın paytaxtı Tehranda Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İran nümayəndə heyətləri arasında regional təhlükəsizlik, İsrailin bölgədəki fəaliyyəti və Fələstin və Livandakı hadisələri müzakirə edən dördtərəfli görüşün yekun birgə bəyanatı dərc edilib.

Turkustan.az xəbər verir ki, bəyanatda qeyd olunur ki, tərəflər regionda sülh və təhlükəsizlik məsələləri də daxil olmaqla, dörd regional ölkə arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzainin ev sahibliyi etdiyi görüşdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistandan nümayəndə heyətləri iştirak edib.

İran prezidenti Məsud Pezeşkian və İranın xarici işlər naziri Abbas Əraqçinin qatıldığı görüşdə Türkiyəni Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Səudiyyə Ərəbistanını müdafiə naziri şahzadə Xalid bin Salman, Pakistanı isə Baş Qərargah rəisi Asim Munir təmsil edib.

Dördtərəfli görüşdə regional təhlükəsizlik, İsrailin bölgədəki fəaliyyəti, Fələstin və Livandakı hadisələr müzakirə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ