Fırtına Avropanı iflic edir! Şəhərlər qaranlığa qərq oldu


Şimali Avropanı bürüyən Boelo və Austen fırtınaları ciddi fəsadlara səbəb olub.

Turkustan.az xəbər verir ki, güclü küləklər nəticəsində 150 mindən çox evdə elektrik enerjisi kəsilib, yüzlərlə uçuş ləğv olunub, telefon şəbəkələrində problemlər yaranıb. Almaniyada iki, Brüsseldə isə dörd nəfərin xəsarət aldığı bildirilir.

24 saat ərzində bölgəyə çatan iki fırtına Böyük Britaniyada 82 mindən çox, Fransada təxminən 60 min, Almaniyada isə ən azı 10 min evin elektrik təchizatını dayandırıb.

Şotlandiyanın qərbində yerləşən Argyll və Bute bölgəsində küləyin sürəti saatda 135 kilometrə çatıb. Güclü küləklər ağacların aşmasına, elektrik xətlərinin sıradan çıxmasına, eləcə də ölkə üzrə avtomobil və dəmir yollarının bağlanmasına səbəb olub.

Fırtınalar La-Manş boğazının o tayında, Fransanın şimalında da ciddi fəsadlar törədib. Fransanın enerji şirkəti Enedis şənbə günü Austen fırtınasının ən güclü olduğu vaxtda təxminən 288 min evin elektrik enerjisiz qaldığını açıqlayıb.

Bazar günü günorta saatlarına olan məlumata görə, əsasən Normandiya və Bretan bölgələrində yerləşən təxminən 59 min evdə elektrik kəsintisi davam edib. Enedis elektrik təchizatını bərpa etmək üçün 2600 texnik və podratçının səfərbər olunduğunu bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ