İsrail Kiprə hərbi gəmi verəcək: Yeni müqavilə imzalandı


İsrail və Kipr Rum Administrasiyası dəniz patrul gəmilərinin təchizatı və mövcud gəminin modernləşdirilməsi ilə bağlı müqavilə imzalayıb.

Turkustan.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin məlumatına görə, nazirliyin baş direktoru Əmir Baram və nümayəndə heyəti Kipr Rum Administrasiyasına səfər edərək müqaviləni imzalayıb.

Sazişə əsasən, İsrailin müdafiə şirkəti “Rafael”in dəniz sistemləri ilə təchiz edilmiş bir patrul gəmisi Kipr Respublikasına təhvil veriləcək.

Müqavilə, həmçinin Kiprə məxsus İsrail istehsalı olan “IOANNIDES” patrul gəmisinin komanda-idarəetmə və müdafiə sistemlərinin modernləşdirilməsini nəzərdə tutur.

İsrail mediasının məlumatına görə, Təl-Əviv Kipr Respublikasının ən böyük silah tədarükçülərindən biridir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ