Tehranda dörd ölkə bir araya gəldi: İsrail gündəmdə


İranın paytaxtı Tehranda Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Pakistan nümayəndələrinin iştirakı ilə regional təhlükəsizlik məsələlərinə həsr olunmuş dördtərəfli zirvə görüşü başlayıb.

Turkustan.az xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzainin ev sahibliyi etdiyi görüşdə İsrailin bölgədəki fəaliyyəti, regional təhlükəsizlik, eləcə də Fələstin və Livandakı son hadisələrin müzakirəsi nəzərdə tutulur.

Görüşdə İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi də iştirak edir.

Türkiyəni Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Səudiyyə Ərəbistanını müdafiə naziri, şahzadə Xalid bin Salman, Pakistanı isə Baş Qərargah rəisi Asim Munir təmsil edir.

Zirvə görüşündə regionda təhlükəsizlik vəziyyətinin, İsrailin fəaliyyətinin və Fələstinlə Livanda baş verən hadisələrin müzakirə olunacağı gözlənilir.

Məkkə Alyansı ilə İran arasında kritik görüş.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ