Bu gün Türkiyə Super Liqasında IX turun mərkəzi qarşılaşması keçirilib.
İstanbul derbisində “Qalatasaray” doğma meydanda əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib.
“RAMS Park” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayıb.
3 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Görüş "sarı-qırmızılılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə Super Liqası, IX tur
26 oktyabr
22:30. “Qalatasaray” – “Fənərbaxça” 2:1
Qollar: V. Osimhen, 29, 44, İ. C. Kahveci, 62