Baş Prokurorluqdan “WhatsApp”la bağlı XƏBƏRDARLIQ – “Hesablarınız ələ keçirilə bilər” - FOTO


Son günlər vətəndaşların WhatsApp hesablarının digər cihazlarda aktivləşdirilməsi məqsədilə birdəfəlik təsdiqləmə (OTP) kodlarının göndərilməsi halları müşahidə olunur. Bu cür hallar istifadəçi hesablarının ələ keçirilməsinə yönəlmiş kiberhücum cəhdləri ilə əlaqəli ola bilər.

Turkustan.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşları şəxsi hesablarının təhlükəsizliyinə diqqətlə yanaşmağa, ikiaddımlı doğrulama funksiyasını aktivləşdirməyə, mürəkkəb və unikal PIN-kodlardan istifadə etməyə, həmçinin birdəfəlik təsdiqləmə kodlarını heç bir halda digər şəxslərlə paylaşmamağa çağırır.

"Unutmayın, rəqəmsal təhlükəsizliyiniz şəxsi məlumatlarınızın qorunmasından başlayır!"

Baş Prokurorluqdan


MANŞET XƏBƏRLƏRİ