Fransa Prezidenti Emmanuel Makron sosial media platformalarının insanları qütbləşdirərək demokratiyaya zərər vurduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Makron “Sarı jiletlilər” etirazlarından zərər çəkən Marsel şəhərinə səfər edib.
Etirazlar zamanı zərər görən Marsel bələdiyyəsinə baş çəkən dövlət başçısı şəhərin meri Benua Payan ilə görüşüb.
Makron Marseldə mətbuata açıqlamasında “Sarı jiletlilər” hərəkatının etirazlarına da münasibət bildirib.
O, bu həftəsonu keçirilən etirazlar zamanı 80 mağazanın zərər gördüyünü qeyd edib. Oktyabrın 31-də yenidən küçələrə çıxmağa hazırlaşan etirazçılarla bağlı danışan Makron “Bilirik ki, gələn şənbə riskli bir şənbə olacaq”, – deyib.
Fransa Prezidenti həmçinin noyabrın 5-də bütün həmkarlar ittifaqlarının ölkə üzrə nümayişlər təşkil edəcəyini xatırladıb. O vurğulayıb ki, bu tədbirlər çərçivəsində vətəndaşların təhlükəsizliyini təmin etmək, əmlakı, şəhər mərkəzlərini, mağazaları və ictimai binaları qorumaq üçün hazırlıqlar davam etdiriləcək.
Aytən Yaşar/Turkustan.az