Rusiya rəsmiləri Ukrayna ordusunun Voronej və Belqorod vilayətlərinə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində dörd nəfərin öldüyünü, 35 nəfərin yaralandığını açıqlayıblar.
Turkustan.az xəbər verir ki, Voronej vilayətinin qubernatoru Aleksandr Qusev sosial şəbəkə hesabında Ukrayna ordusunun bölgəyə intensiv dron hücumları həyata keçirdiyini bildirib.
Qusevin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri bölgədə 100-dən çox dronu zərərsizləşdirib. Hücumlar nəticəsində iki nəfər ölüb, biri uşaq olmaqla 17 nəfər yaralanıb.
Qubernator, həmçinin Voronejin sol sahilində, şəhərətrafı ərazidə hərəkət edən qatara dron qalıqlarının düşməsi nəticəsində də insanların xəsarət aldığını bildirib.
Aytən Yaşar/Turkustan.az