Almaniyanın Bremerhaven limanında şiddətli fırtına zamanı Kanar adalarına yola düşən kruiz gəmisi körpüdə gözləyən konteyner gəmisi ilə toqquşub. Hadisə zamanı gəmidə olan 2428 sərnişin və 922 heyət üzvü təhlükə ilə üzləşib.
Turkustan.az xəbər verir ki, Bremen Polis İdarəsinin məlumatına görə, hadisə “Mein Schiff 3” kruiz gəmisi Bremerhaven limanından Kanar adalarına yola düşərkən baş verib.
Kolumbus körpüsündən yedək gəmilərinin müşayiəti ilə hz ərəkətə başlayan kruiz gəmisi güclü fırtınanın təsiri ilə körpüdə dayanan “MSC Victorine” konteyner gəmisi ilə toqquşub.
Toqquşma anı kruiz gəmisində olan sərnişinlərdən biri tərəfindən mobil telefonla qeydə alınıb.
Aytən Yaşar/Turkustan.az
\