Misir parlamentindən Səudiyyə Ərəbistanına dəstəyə yaşıl işıq


Misir parlamenti Yəməndə husilərin davam edən hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsi ilə bağlı tələbi təsdiqləyib.

Turkustan.az xəbər verir ki, “Əl-Cəzirə” telekanalının məlumatına görə, parlament Prezident Əbdülfəttah əs-Sisinin Səudiyyə Ərəbistanına hərbi dəstək göstərməsi məsələsini müzakirə edib və müvafiq qərarı dəstəkləyib.

Müzakirələr zamanı təxminən 500 qanunvericinin çıxış etmək istədiyi bildirilib.

Misir Konstitusiyasının 152-ci maddəsinə əsasən, prezident Milli Müdafiə Şurası ilə məsləhətləşmədən və parlament üzvlərinin üçdə ikisinin razılığını almadan müharibə elan edə və ya hərbi qüvvələri xaricə göndərə bilməz.

Sisinin rəhbərlik etdiyi Milli Müdafiə Şurası ötən həftə Səudiyyə Ərəbistanına dəstək göstərilməsini təsdiqləyib. Misir prezidenti bildirib ki, bu dəstək sırf müdafiə xarakteri daşıyacaq.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ