Övladına nağıl kitabı aldı, şoka düşdü: “Lotular”... - Video


Övladına nağıl kitabı alan valideyn səhifələri vərəqlədikcə gözləmədiyi ifadələrlə qarşılaşıb. Uşaqlar üçün nəzərdə tutulan kitabda yer alan bəzi cümlələr valideynin təəccübünə səbəb olub.

Turkustan.az Bakupost.az-a istinadla xəbər verir ki, valideyn sosial şəbəkədə paylaşdığı videoda kitabda “Kömür alması” adlı nağılda “Onlar bənnanın varına sahib olmaq üçün özlərinin oynaşlarını xala qızı adı ilə bənnaya verib toy eyləyirlər.

Lotular arvadı öyrədirlər ki, sən özünü xəstəliyə vur” cümlələrinin yer aldığını bildirib.

Kitabda, həmçinin “Gah-Gah dağında üç xiyara aşiq olasan” adlı nağılın olduğu bildirilir.

Valideyn kitabı azərbaycanlı bir xanımdan aldığını söyləyib. Uşaqlar üçün nəzərdə tutulan nəşrdə bu cür məzmunun yer alması narazılığa səbəb olub.


MANŞET XƏBƏRLƏRİ