Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi məsələsinin müharibəyə son qoymaq məqsədilə yalnız liderlər səviyyəsində müzakirə edilməli olduğu barədə açıqlamasına münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Peskov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpası məsələsi ilə bağlı Moskvada jurnalistlərə açıqlama verib.
O bildirib ki, üçtərəfli danışıqların yenidən başlaması hərbi əməliyyatların məhdudlaşdırılması demək deyil.
Zelenskinin ərazi məsələsinin yalnız liderlər səviyyəsində müzakirə olunmalı olduğu barədə fikrinə cavab verən Peskov qeyd edib ki, bütün bu məsələlər danışıqlar prosesi çərçivəsində həll edilə bilər.
“Tezliklə bir çox detalı əhatə edən çox ciddi görüş keçiriləcək. Bu detalları açıq şəkildə müzakirə etmək istəmirik, çünki bunun gələcəkdə mümkün sülh prosesinə zərər verəcəyinə inanırıq”, – deyə, Kremlin sözçüsü vurğulayıb.
Aytən Yaşar/Turkustan.az