Acı bibər sevənlərə XƏBƏRDARLIQ: Xərçəng riskiniz var


Acı yeməklərdən, xüsusilə də istiotdan həddindən artıq çox istifadə etmək mədə xərçəngi riskini artıra bilər.

Turkustan.az xəbər verir ki, bu barədə hematoloq-onkoloq Li Sitszin-in fikirlərinə istinadən Britaniyanın “The Daily Mirror” nəşri məlumat yayıb.

Onkoloq Li Sitszin-in sözlərinə görə, az miqdarda qəbul edildikdə faydalı olan acı bibər – həddindən artıq istifadə edildikdə mədənin selikli qişasını qıcıqlandırır. Orqanın daxili səthində davamlı iltihab zamanla onkoloji proseslərin yaranmasına gətirib çıxara bilər. Həkim əlavə edib ki, uzun müddət çox acı və duzlu yeməklərin qəbulu da mədə xərçəngi riskini artıra bilər. O, rasionda turşuların (marinadların) da həddindən artıq istifadəsindən çəkinməyi tövsiyə edib və xatırladıb ki, tütün və alkoqol da xərçəng riskini artıran amillərdəndir.

Bundan əvvəl müəyyən olunmuşdu ki, acı çili bibərini tez-tez yeyən insanlar, bu məhsulu ümumiyyətlə yeməyənlərlə müqayisədə 55% daha çox piylənmə riskinə məruz qalırlar. Bu nəticə Çin Elektron Elm və Texnologiyalar Universitetinin (UESTC) alimləri tərəfindən aparılmış araşdırmada əldə olunub və “Frontiers in Nutrition” jurnalında dərc olunub. Tədqiqat göstərib ki, çili bibərindən tez-tez istifadə edən şəxslərin bədən kütlə indeksi və piylənmə səviyyəsi bu məhsula maraq göstərməyənlərə nisbətən daha yüksək olub. /bizim.media/az/


MANŞET XƏBƏRLƏRİ