Türkiyədən İspaniyadakı qatar qəzası ilə bağlı başsağlığı


Türkiyənin Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar qəzası nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Turkustan.az xəbər verir ki, nazirlik hadisə ilə bağlı yazılı açıqlama yayıb. Bəyanatda Toledo şəhəri yaxınlığında baş verən qəzada insan tələfatından dərin kədər hissi keçirildiyi bildirilib.

“​​Həyatını itirənlərin ailələrinə və İspaniya xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzulayırıq”, – deyə açıqlamada qeyd olunub.

Nazirlik, həmçinin mövcud məlumatlara əsasən, qəzada Türkiyə vətəndaşlarının həlak olmadığını bildirib. Hadisənin Türkiyənin Madriddəki səfirliyi tərəfindən yaxından izlənildiyi vurğulanıb.

Qeyd edək ki, Madrid və Əndəlüs arasında hərəkət edən iki sərnişin qatarının toqquşması nəticəsində 64 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb. Qəza səbəbindən Madrid, Syudad Real və Əndəlüs arasında qatar xidmətləri müvəqqəti dayandırılıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ