Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib.
Turkustan.az xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazir Pedro Sançesə, qurbanların ailələrinə və İspaniya xalqına səmimi başsağlığımı bildirirəm. Bütün yaralılara tezliklə sağalmağı arzulayıram", - paylaşımda bildirilib.