İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Muniri Tehrana səfəri zamanı soyuq qarşılaması yenidən müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, bu barədə “Azad İran” yazıb.
Munir bir həftədən az müddətdə ikinci dəfə Tehrana səfər edib. Bu dəfə onunla birlikdə Səudiyyə Ərəbistanı və Türkiyənin yüksəkvəzifəli rəsmiləri də İrana gediblər. Səfərin əsas məqsədi regional təhlükəsizlik məsələlərini müzakirə etmək olub.
Munirin Tehrana əvvəlki səfəri zamanı Rzayinin onu soyuq və reaksiyasız qarşılaması İran prezidenti Məsud Pezeşkianın pakistanlı hərbçiyə daha səmimi münasibəti ilə müqayisə edilib. Həmin vaxt bir sıra media orqanları qarşılanma görüntülərini yayımlayaraq, iki İran rəsmisinin davranışları arasındakı fərqə diqqət çəkiblər.
Xatırladaq ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezainin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı əl sıxma tərzi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.