İsraildə seçki sürprizi! Netanyahu partiyadan asılı vəziyyətə düşdü


İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra səslərin sayılması prosesi davam edir.

Turkustan.az xəbər verir ki, Bülletenlərin 76,8 faizinin sayılmasından sonra açıqlanan son nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hakim blok müxalifəti üstələyərək liderliyini saxlayır. Lakin hələ ki heç bir tərəf yalnız başına hökumət qurmaq imkanına malik deyil.

Mərkəzi Seçki Komissiyasının qismən açıqladığı məlumatlara görə, 120 yerlik Knessetdə güclər nisbəti aşağıdakı kimi formalaşıb:

Benyamin Netanyahunun hakim bloku: 54 mandat;

Qadi Eisenkotun rəhbərlik etdiyi müxalifət bloku: 47 mandat;

İsrailin fələstinli ərəb vətəndaşlarını təmsil edən partiyalar: 19 mandat.

Seçki kampaniyası dövründə Netanyahunun ərəb seçicilərini hədəf almasına və öz tərəfdarlarını kütləvi şəkildə səsverməyə çağırmasına baxmayaraq, onun bloku hökumət qurmaq üçün tələb olunan 61 yerlik çoxluğu əldə edə bilməyib.

Eyni zamanda, rekord sayda mandat qazanan ərəb partiyaları yeni hökumətin formalaşdırılması prosesində əsas həlledici qüvvəyə çevrilib. Səslərin sayılması davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ