“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmağımızı mümkün hesab etmirik”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin keçmiş baş katibi Nikolay Bordyujanın açıqlamasına münasibət bildirərkən deyib.
“Biz çoxdan KTMT-nin işində iştirakımızı dayandırmışıq, üzvlüyümüzü dondurmuşuq. Əgər bu qurumun digər üzvləri və ya baş katibliyi, hərçənd baş katibliyin ümumiyyətlə bu məsələdə nə qədər səlahiyyətə malik olduğunu bilmirəm, hansısa şərhlər verirlərsə, bu, əbəsdir. Biz mövqeyimizi dəyişməyəcəyik və KTMT-yə qayıtmağı da nəzərdə tutmuruq”, – deyə o bildirib./Globalinfo.az