NASA uzunmüddətli kosmik səyahətlərin insan sağlamlığına təsirini araşdırmaq üçün yeni təcrübəyə başlayıb.
Turkustan.az xəbər verir ki, tədqiqat çərçivəsində laboratoriyada yetişdirilən miniatür insan beyni modelləri beş həftə ərzində kosmos şəraitində sınaqdan keçiriləcək.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) təcrübəsi SpaceX-in 35-ci Kommersiya Təchizatı Missiyası (CRS-35) çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya (ISS) göndərilən elmi avadanlıqlar vasitəsilə həyata keçiriləcək.
Tədqiqatın nəticələrinin astronavtların sağlamlığına kosmos şəraitinin təsirini daha yaxşı anlamağa kömək edəcəyi gözlənilir. Alınacaq məlumatlar, həmçinin yaşlanma prosesinin və nevroloji xəstəliklərin öyrənilməsi baxımından əhəmiyyət daşıyır.
Aytən Yaşar/Turkustan.az