Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin birinci xanımı Melaniya Trampa yazdığı məktubda onun Aleşkidə humanitar əməliyyatla bağlı danışıqlarda vasitəçilik etməsinə razılıq verib.
Turkustan.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Nəşrin məlumatına görə, Melaniya Trampın komandası Ukrayna tərəfinə də müraciət edərək Kiyevin onun “müstəsna vasitəçi” kimi çıxış etməsinə razı olub-olmadığını soruşub.
ABŞ liderinin xanımının baş müşaviri Mark Bekman bildirib ki, bundan sonra Melaniya Tramp Rusiya və Ukraynanın yüksək vəzifəli rəsmiləri ilə danışıqlara başlayıb. Bu danışıqlarda Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak ediblər.
“Birinci xanımın həm Rusiya, həm də Ukrayna ilə münasibətləri zaman keçdikcə daha da yaxınlaşıb. Tərəflər arasında böyük etimad yaranıb və onlar çox şeyə nail olublar”, – deyə Bekman bildirib.
Xatırladaq ki, oktyabrın 23-də Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna Aleşkidə lokal atəşkəs barədə razılığa gəliblər. Bu barədə Ağ Ev məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi isə oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində, Aleşki ərazisində atəşkəs rejiminin qüvvəyə mindiyini və Rusiya qoşunlarının atəşi dayandırdığını açıqlayıb./modern.az