Tramp elan etdi: Putin - Zelenski görüşü yaxın vaxtlarda keçiriləcək


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında yaxın vaxtlarda görüşün təşkil olunacağını bildirib.

Turkustan.az xəbər verir ki, “Ukrinform”un məlumatına görə, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.

ABŞ prezidenti Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edildiyini vurğulayıb.

“Yaxın gələcəkdə görüş təşkil olunacaq və inanıram ki, əhəmiyyətli irəliləyiş əldə edilib”, – deyə Tramp bildirib.

Görüşdə kimlərin iştirak edəcəyi barədə suala cavab verən ABŞ lideri Putin və Zelenskinin adlarını çəkib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ