İran səfirliyindən məktəblərdə hicab qadağası ilə bağlı iddialara MÜNASİBƏT


İranın Azərbaycandakı səfirliyi məktəblərdə hicab qadağası məsələsi ilə bağlı İran İslam Respublikasının ünvanına səsləndirilən iddialara münasibət bildirib.

Turkustan.az xəbər verir ki, səfirlik bu barədə “Yeni Müsavat” Media Qrupuna ünvanladığı məktubda qeyd edib.

Səfirlik bəyan edib ki, İran İslam Respublikasının təməl siyasəti hər zaman mehriban qonşuluq, milli suverenliyə hörmət və qonşu dövlətlərin, xüsusilə Azərbaycanın daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanıb.

“Azərbaycan Respublikası vətəndaşlarının hər hansı mitinqinin, etirazının və ya narazılığının İran İslam Respublikası ilə əlaqələndirilməyə çalışılması əsassız olmaqla yanaşı, həqiqətdən tamamilə uzaqdır”, – deyə məktubda vurğulanıb.

Diplomatik nümayəndəlik bu cür iddiaların irəli sürülməsini “iranofobiya, şiəfobiya və iki qonşu xalqın qardaşlıq əlaqələrini zədələmək məqsədi daşıyan, həmçinin sırf iki ölkənin və müsəlmanların düşmənlərinin maraqlarına xidmət edən qərəzli media ssenariləri” kimi qiymətləndirib.

Məktubda, həmçinin iki ölkə arasındakı tarixi, qardaşlıq və qonşuluq əlaqələrinin qorunub saxlanılması və gücləndirilməsi istiqamətində addımlar atılmasının vacibliyi vurğulanıb.


MANŞET XƏBƏRLƏRİ