Qarabağ Universitetinin 2 fakültəsi Şuşada yerləşəcək


Bu gün Şuşada hər il olduğu kimi, çox möhtəşəm bir tədbirə ev sahibliyi edirik. Belə möhtəşəm bir tədbirin, belə gözəl bir bayram günündə məhz Şuşada keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır və çox qürurvericidir.

Turkustan.az xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Onun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma şəhərlərinə qayıdışı, onların məskunlaşması və sosial rifahının təmin olunması istiqamətində mühüm işlər görülür:

"Hazırda 3 yeni yaşayış kompleksinin inşası davam edir. Gələn il həmin komplekslərin istismara verilməsi nəzərdə tutulur və nəticədə 3000-dən çox insan burada yaşamaq imkanı əldə edəcək. Bərpa və yenidənqurma işləri çərçivəsində Qarabağ Universitetinin incəsənət və turizm fakültələrinin burada yerləşdirilməsi planlaşdırılır. Biz bunu səbirsizliklə gözləyirik və inanırıq ki, tələbələrimiz burada müasir şəraitdə təhsil alaraq böyük uğurlar qazanacaqlar". /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ