Masaj salonlarına qarşı əməliyyat: 31 əcnəbi qadın saxlanıldı


Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda fahişəliyin təşkil edildiyi iddia olunan masaj salonları və spa mərkəzlərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, İskəndərun Rayon Polis İdarəsinin əməkdaşları xarici vətəndaşların qanunsuz fəaliyyətə cəlb edilməsi ilə bağlı daxil olan məlumatlar əsasında araşdırmalara başlayıblar.

Texniki və fiziki müşahidələrdən sonra rayonda fəaliyyət göstərən 9 masaj salonu və spa mərkəzində eyni vaxtda əməliyyat aparılıb.

Yoxlamalar zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib. Məlum olub ki, iki müəssisə lisenziyasız fəaliyyət göstərib, üç müəssisədə məsul menecer olmayıb, bir obyekt isə gigiyena sertifikatı olmadan işləyib. //musavat.com/

Qanun pozuntularına görə müəssisələr barəsində inzibati tədbirlər görülüb və onların fəaliyyəti dayandırılaraq möhürlənib.

Əməliyyat çərçivəsində qanunsuz işlədiyi müəyyən edilən 31 Tayland vətəndaşı saxlanılıb. Polis idarəsində araşdırma prosedurları başa çatdıqdan sonra həmin şəxslər deportasiya olunmaları üçün Repatriasiya Mərkəzinə təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ