CHP-də diqqətçəkən sorğu: Özgür Özəlin gözləntisi təsdiqləndi


Məhkəmənin “tamamilə etibarsızlıq” qərarından sonra CHP daxilində yaranan liderlik böhranının seçki qutusuna və partiya bazasına necə təsir edəcəyi hələ də qeyri-müəyyəndir.

Turkustan.az xəbər verir ki, bu fonunda Bulgu Research tərəfindən aparılan sorğunun nəticələri diqqət çəkib. 26 vilayətdə 1837 nəfər arasında keçirilən “Türkiyədə Seçici Profili və Trendlər” adlı araşdırma CHP seçicilərinin daxili partiya müzakirələrinə münasibətini ortaya qoyub.

Araşdırmada seçicilərə CHP-də mümkün liderlik dəyişikliyindən sonra Özgür Özel və onun tərəfdarlarının yeni bir siyasi partiya yaratması ehtimalı ilə bağlı sual ünvanlanıb. Nəticələrə görə, CHP seçicilərinin 67 faizi belə bir halda yeni partiyaya səs verə biləcəyini bildirib. Bu göstərici partiya bazasında Özgür Özelin liderliyinə ciddi dəstək olduğunu göstərir.

Sorğunun nəticələrinə əsasən, seçici davranışına təsir edən əsas amillər arasında iqtisadi vəziyyət, siyasi liderlər və hüquqi mühit ön plana çıxır. İştirakçıların 44,9 faizi iqtisadi vəziyyətin səsvermə qərarlarında birbaşa həlledici rol oynadığını bildirib. Respondentlərə görə, iqtisadiyyat “Türkiyənin ən böyük problemi” olaraq qalır.

Sorğuda iştirak edənlərin 56,4 faizi ölkənin əsas probleminin iqtisadiyyat olduğunu, 20 faizi isə ədalət məsələsini ikinci əsas problem kimi qiymətləndirib. Eyni zamanda respondentlərin 72,2 faizi özünü yoxsul kimi xarakterizə edib, 32,8 faizi isə mövcud gəlirin hətta əsas ehtiyacları qarşılamaq üçün kifayət etmədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ