Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə baş verən kütləvi hücuma cavab veriləcəyinə əmin olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Jurnalistlərdən birinin Vladimir Putinə nə deyəcəyi ilə bağlı sualına cavab verən Zelenski “Və biz daha çox deyəcəyik” ifadəsini işlədib.
Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampı ad günü münasibətilə təbrik etməsindən dərhal sonra Ukraynaya kütləvi hücum həyata keçirməsi təsadüfi deyil.
“Putin, adətən olduğu kimi, tamamilə kinayəli şəkildə ABŞ Prezidentini təbrik etdi və daha sonra Ukraynaya kütləvi hücum təşkil etdi. Düşünürəm ki, bu hücum bir neçə gün ərzində hazırlanıb — biz onların bunun üçün yetərli qüvvə topladığını görürdük və yalnız Trampı təbrik edənə qədər gözlədilər”, – deyə, Zelenski qeyd edib.
Onun sözlərinə görə, əks halda bu məsələ ABŞ tərəfi tərəfindən də gündəmə gətirilə bilərdi.
Aytən Yaşar/ Turkustan.az