44 günlük müharibə nəticəsində Ermənistan tərəfindən 3833 nəfər həlak olub.
Turkustan.az xəbər verir ki, bunu mayın 15-də Armavirdə keçirilən mitinqdə hakim Vətəndaş Müqaviləsi Partiyasının proporsional namizədlər siyahısında olan Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib.
"Bunlar təsdiqlənmiş rəqəmlərdir", - deyə o qeyd edib.
O, həmçinin itkin düşənlərin təxmini sayının 160 nəfər olduğunu bildirib.
Simonyan müxalifəti ölənlərin sayını süni şəkildə şişirtməkdə ittiham edib. /bakivaxti.az/