Norveç şahzadəsi Mette-Maritin oğlu Marius Borq Höybü cinsi zorakılıq ittihamı ilə 4 il müddətinə həbs cəzasına məhkum edilib.
Turkustan.az xəbər verir ki, bu barədə Oslo Məhkəməsinin qərarında bildirilib.
Məhkəmə Marius Borq Höybünü 2018 və 2024-cü illərdə baş vermiş iki zorlama faktı üzrə təqsirli bilib. Ona qarşı irəli sürülən daha iki analoji ittiham üzrə isə bəraət hökmü çıxarılıb.
İstintaq materiallarına görə, zorlama ilə bağlı bütün ittihamlar hadisə zamanı yuxuda olan və ya özünü müdafiə etmək qabiliyyətində olmayan qadınlarla əlaqədardır.
Prokurorluq Höybünün 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etsə də, məhkəmə ona 4 il həbs cəzası verib.
Marius Borq Höybü məhkəmə prosesi boyunca ona qarşı irəli sürülən bütün ittihamları rədd edib./modern.az