İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Vaşinqton və Tehran arasında əldə olunan razılaşmaya münasibət bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən anlaşmanın İsraili bağlamadığını iddia edərək, ölkəsinin ABŞ-ın “təbəəsi və ya müstəmləkəsi olmadığını” vurğulayıb.
Ben-Qvir ABŞ-ın “X” sosial media platformasındakı paylaşımında qeyd edib ki, “Donald Trampın razılaşması bizi bağlamır. İsrail ABŞ-ın müstəmləkəsi deyil”.
Nazir həmçinin İsrail ordusunun Livanda nəzarət etdiyi ərazilərdən geri çəkilməməli olduğunu bildirib. O, İsrailin təhlükəsizliyinin təmin olunmadığı hər hansı razılaşmanın tərəfi olmadıqlarını qeyd edərək, “Hizbullahın tamamilə məhv edilməsindən başqa heç bir nəticə ilə kifayətlənməməliyik” deyib.
Ben-Qvir əlavə edib ki, İsrailə qarşı həyata keçirilən hər hansı hücum, o cümlədən pilotsuz uçuş aparatları və ya raket zərbələri “Livanın paytaxtı Beyrutun Dahiye bölgəsinə cavab zərbələri ilə nəticələnəcək”.
Aytən Yaşar/ Turkustan.az