Qaçarkən saxlanılan Köçəryan haqda daha bir XOŞ XƏBƏR


Ötən gün İrəvandan qaçarkən saxlanılan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın ölkədən çıxışına qadağa qoyulub.

Turkustan.az xəbər verir ki, bunu Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan açıqlayıb.

O bildirib ki, Köçaryan “Zvartnots” hava limanında səbəb izah edilmədən saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu açıqlanıb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan seçkidən sonra Köçəryan-Sərkisyan tandemi ilə bağlı cinayət işinə yenidən baxılacağını anonsunu vermişdi. Paşinyanın yaxın müddətdə sözügedən şəxslərlə bağlı mühüm qərarlar verəcəyi gözlənilir. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ