Dünyanın diqqətlə izlədiyi ABŞ–İran münasibətlərində mühüm dönüş nöqtəsi yaşanıb.
Turkustan.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif tərəflər arasında sülh razılaşmasının əldə olunduğunu açıqlayıb və sənədin iyunun 19-da İsveçrədə imzalanacağını bildirib.
Razılaşma ABŞ Prezidenti Donald Tramp və İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi tərəfindən də təsdiqlənib. Tramp Hörmüz boğazında tətbiq olunan ABŞ dəniz blokadasının ləğv edilməsi barədə göstəriş verdiyini və boğazın iyunun 19-da yenidən açılacağını bəyan edib.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə fevralın 28-də başlayan qarşıdurmanın sona çatdırılması istiqamətində aparılan danışıqlar nəticəsində tərəflər sülh sazişi üzrə razılığa gəliblər. İki aylıq müvəqqəti atəşkəsdən sonra əldə olunan anlaşmanın dərhal qüvvəyə minəcəyi bildirilib.
Saziş barədə məlumat verən Pakistanın Baş naziri Şahbaz Şərif deyib:
“Gərgin danışıqlardan sonra ABŞ və İran İslam Respublikası arasında Sülh Sazişinin əldə olunduğunu məmnunluqla elan edirik. Hər iki tərəf Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və qəti şəkildə dayandırılması barədə razılığa gəlib. Rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.”
Aytən Yaşar/ Turkustan.az