ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı danışıqların nəticəsiz qalacağı təqdirdə Vaşinqtonun hərbi addımlara yenidən əl ata biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə "The New York Times" qəzetinə müsahibəsində danışıb.
İsveçrədə keçirilməsi planlaşdırılan yeni nüvə danışıqlarını şərh edən ABŞ lideri qeyd edib ki, Tehran Vaşinqtonla yekun razılığa gələ bilməsə, ABŞ hərbi əməliyyatları bərpa edə bilər. O, həmçinin alternativ variant kimi ABŞ-ın regionun təhlükəsizliyinin təmin edilməsində daha geniş rol oynaya biləcəyini və bunun iqtisadi qarşılığının nəzərdən keçirilə biləcəyini vurğulayıb.
"The New York Times" Trampın bu yanaşmasını qeyri-ənənəvi qiymətləndirərək qeyd edib ki, onun təklif etdiyi model ABŞ-ın Yaxın Şərqdəki təhlükəsizlik təminatlarını maliyyə qarşılığında təqdim olunan bir xidmətə çevirmək ideyasını əks etdirir.
Aytən Yaşar/ Turkustan.az