DÇ-2026: Almaniya Kurasaonu darmadağın etdi - 8 qol


Futbol üzrə dünya çempionatında Almaniya - Kurasaoya böyük hesabla qalib gəlib.

Turkustan.az xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar 7:1 hesablı qələbəyə seviniblər.

Bundestimin qollarını Feliks Nmeça (6), Niko Şlotterbek (38), Kay Havertz (45+5-pen, 88), Camal Musiala (47), Nataniel Braun (68) və Deniz Undav (78) vurublar. Kurasaonun yeganə qolu isə Livano Komenensiyanın (21) ayağına yazılıb.

Qeyd edək ki, bu qrupun digər oyunu saat 03:00-da Fildişi Sahili və Ekvador komandaları arasında keçiriləcək. /Qaynarinfo/


MANŞET XƏBƏRLƏRİ