Bakıda koreyalı ata məzun övladını belə təbrik etdi – VİDEO


Bakı şəhəri Nərimanov rayonunda yerləşən 193 nömrəli tam orta məktəbin son zəng tədbirində maraqlı anlar yaşanıb.

Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Adil Vəliyev paylaşım edib.

Belə ki, məktəbi bitirən koreyalı Banseok Eun-jun Hvanqın atası Eun-jun Hvanq övladını maraqlı şəkildə təbrik edib.

“Səni məzun olduğun üçün təbrik edirəm. Demək istəyirəm ki, səni hər səhər oyatmaq üçün apardığım o böyük müharibə nəhayət ki, bitdi…

Arzu edirəm ki, gələcəyin sağlam, xoşbəxtlik və gözəl arzularla olsun”, – o vurğulayıb./axar.az


MANŞET XƏBƏRLƏRİ