Kərə yağı KƏSKİN BAHALAŞACAQ


Yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılıb. Bu qərar daxili bazarda kərə yağının bahalaşacağı məsələsini gündəmə gətirib.

İqtisadçı Natiq Cəfərli Pravda.az-a açıqlamasında deyib ki, istənilən rüsum və vergi artımı avtomatik olaraq məhsulun qiymətinin üzərinə gəlir.

Natiq Cəfərli:

Onun sözlərinə görə, ən az 10% yenidən kərə yağında qiymət artımı müşahidə ediləcək: “Hələlik, bazarda köhnə rüsumla daxil olan yağlar var. Onlar bazardan çəkildikcə yanvardan bəri ölkəyə gələn yağların qiymətində daha ciddi və nəzərə çarpacaq dərəcədə artım gözlənilir”.

Qeyd: Hazırda marketlərdə kərə yağının çeşidləri üzrə qiymət 6-30 manat arasında dəyişir.


MANŞET XƏBƏRLƏRİ