Disney minlərlə işçisini ixtisar etməyə hazırlaşır


ABŞ-ın ən böyük əyləncə şirkətlərindən biri olan “Walt Disney” illik xərclərini 20 faiz azaltmaq məqsədilə minlərlə əməkdaşını işdən çıxarmağı planlaşdırır.

Turkustan.az xəbər verir ki, “Bloomberg” agentliyinin məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, şirkət bəzi rəhbərlərindən illik xərcləri 20 faiz azaltmağı tələb edib.

Mənbələrin bildirdiyinə görə, nəzərdə tutulan qənaətin böyük hissəsi minlərlə işçinin ixtisarı hesabına əldə olunacaq.

İxtisarların Disney-in müxtəlif fəaliyyət sahələrində, o cümlədən tematik parklarda, televiziya kanallarında və film studiyalarında çalışan əməkdaşlara təsir edəcəyi gözlənilir.

Məlumata görə, şirkətin ötən il dünya üzrə 231 min əməkdaşı olub.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ