Şimali Koreyadan ilk şərh! Tarixi oğurluğun arxasında onun olduğu iddia edilirdi


Şimali Koreya ABŞ Federal Təhqiqat Bürosunun (FTB) ölkəni “Binance” kriptovalyuta birjasından 6,3 milyard dollar dəyərində rəqəmsal aktiv oğurlamaqda ittiham etməsini rədd edib və bu iddiaları “siyasi təxribat” adlandırıb.

Turkustan.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya İşçi Partiyasının Ümumi İşlər Ofisinin rəhbəri Kim Yo-jong FTB-nin ittihamlarından sonra yazılı açıqlama yayıb.

FTB-nin Şimali Koreyanı “kibercinayətkar dövlət” kimi təqdim etməyə çalışdığını bildirən Kim Yo-jong ABŞ-ın ittihamlarını kəskin tənqid edib.

“ABŞ-ın dünyada törədilən bütün kibercinayətləri sanki bizim işimiz kimi təqdim etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi Şimali Koreyaya qarşı ciddi siyasi təxribatdır”, – deyə o bildirib.

Kim Yo-jong Vaşinqtonun bu ittihamlarını Şimali Koreyanın beynəlxalq imicinə xələl gətirmək, ölkənin ləyaqətini və nüfuzunu sarsıtmaq məqsədi daşıyan “pis niyyətli” cəhd kimi qiymətləndirib. O, baş verənləri kiber məkanda Şimali Koreyanın suverenliyinin növbəti ciddi pozuntusu adlandırıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ