Azərbaycanda qadağa qoyulmuş adlar - SİYAHI


Son 5 ildə Azərbaycanda yeni doğulan 6 uşağa Nikol adı qoyulub.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nikol adı verilən körpələrin 2-si 2018-ci ildə, 2-si 2019-cu ildə, 2-si isə 2020-ci ildə doğulub.

Qeyd edək ki, Azərbaycanda Nikol adı məhz 2018-ci ildən sonra tanınmağa başlayıb. Buna səbəb elə həmin ilin mayında Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gələrək, Baş nazir seçilməsi olub. Nikol adı xüsusilə 2020-ci ildə - 44 günlük Vətən müharibəsi dövründə daha "populyarlaşıb".

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 7 uşağa Nikoloz, 3 uşağa Nikolay, 1 uşağa isə Nikolas adı verilib.

Ümumiyyətlə, ölkəmizdə yeni doğulan körpələrə ad verilməsi məsələsində qəribə və maraqlı nüanslar çoxdur. İndiyədək qoyulması nəzərdə tutulan adlar bir çox hallarda xüsusi mənasının olmaması və ya dilə uyğun olmaması səbəbindən qadağan olunub.

Turkustan.azbildirir ki, Cebhe.info müxtəlif illərdə qadağan olunan adlar barədə araşdırma aparıb.

2015-ci ildə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən adlar açıqlanıb.

Həmin adlar bunlardır:

Ansambl, Alak, Boran, Bədil, Bircan, Bəzək, Əbabil, Əyar, Əyyar, Əbi, Əda, Əcəb, Əbiş, Əhya, Ələs, Əlim, Əmanət, Ərəb, Ərçə, Əyalət, Əyal, Ətir, Dəxil, Dalğın, Dilənçi, Dəfinə, Cicigül, Cərulla, Cığa, Cazibə, Carçı, Camo, Canrübə, Canəssa, Cılğız, Çervon, Çələng, Düymə, Fağır, Fərmayiş, Faiz, Fakir, Fani, Fatı, Fəti, Gerçək, Gorus, Güldan, Gülməşəkər, Hambal, Haqq, Həddad, Həkkak, Həmdəm, Həmzat, Xadim, Xeyirxah, Xınalı, Xülqi, İstək, İşıqlı, Ehsan, Katib, Kazbek, Keştazlı, Kiçik, Kimyagər, Kişmiş, Kobar, Kosa, Kotal, Qocaman, Quşdan, Limonad, Portağal, Şüşəbənd, İstəkan, Türmə, Tutma, Kolxoz, Sovxoz, Komsomol, Traktor, Mayor, Meyvə, Məmiş, Mutu, Nahaq, Nakam, Narbuğda, Narkom, Naynay, Naznay, Nazsəhər, Nənə, Nəşə, Nənəş, Nuh, Nuhu, Nurbuğda, Nurmeyvə, Nurnar, Nuruş, Oxçu, Oktaedr, Oktaş, Oktürk, Okuş, Ordu, Ovçu, Padar, Padər, Pakay, Paksoy, Palavand, Pambıq, Parlaq, Payız, Paynaz, Payzər, Pekşən, Pektürk, Peykər, Pişnamaz, Prikaz, Pullu, Pulluzər, Rakit, Rayət, Raykom, Rəftar, Rəğbət, Rəyasət, Ruzbeh, Saat, Saatzər, Sabah, Salamat, Salavat, Saniyə, Saylı, Sədr, Səməni, Səndəlxatun, Səngər, Sərxoş, Səviyyə, Səyahət, Sınaq, Sırğa, Sırğagül, Sofu, Solğun, Sonamö, Soraq, Sovet, Soyuz, Şəkil, Şənlik, Şərqli, Şubay, Şura, Tafta, Talış, Tanıq, Tanrıqulu, Taray, Tarif, Tarzən, Tayfun, Teley, Telıx, Tello, Teloş, Telşan, Təbib, Təbiət, Təbrik, Təhsil, Təqdim, Təqdir, Tənha, Təpər, Tərəqqi, Təşəkkül, Təşəkkür, Təzə, Tiflis, Tiflisə, Tila, Tinə, Toylu, Tövsiyyə, Tufan, Tumar, Tükən, Uçqun, Ufaq, Urvat, Usta, Ustad, Utku, Uyar, Üqba, Ümeyya, Ünvan, Vilan, Vladlen, Vlas, Volodya, Yaraşıq, Yelizar, Yolçu, Yonca, Yüzbaşı, Zalikə, Zemkom.

2019-cu ildə sentyabr ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 68 müraciətə baxılıb.

Müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb:

"Küheyl, Sofu, Saida, Əliyənaqi, Əliyənvəluyullah, Kapitalina, Həzrətəli, Meysəm, Ezel, Sada, Rina, Füruri, Sülhe, Nəroğlan, Ülya, Əliaçıq, Nağdı, Çiçəklən, Yaxşıtəhər, Qulfallah, Fatehsultan adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib".

Lakin Azərbaycanda rəsmi şəkildə qeydiyyat idarələrində uşaqlara heç bir məna ifadə etməyən adların qoyulmasının yasaqlanacağı deyilsə də, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyası tövsiyə versə də, yenə də uşaqlara belə adlar qoyulur.

Məsələn, 2021-ci ildə də usaqlara Ayda, Əhmədov, Aydəs, Balış, Diliş, Dərdayıl, Doğru, Dəftər, Gil, Şərbala və Həci kimi adlar verilib.


MANŞET XƏBƏRLƏRİ