Piterdən sızan gizli danışıqlar: ABŞ və Rusiya Ukraynanın taleyini Zelenskisiz həll edir?


Ukrayna cəbhəsində və qlobal geosiyasi məkanda hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda, Rusiya və ABŞ arasında pərdəarxası əldə olunmuş gizli sülh sövdələşməsinin şok detalları Sankt-Peterburqda ifşa olunub.

Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə verdiyi eksklüziv və sensasiyalı açıqlamasında, rəsmi Vaşinqtonun Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı ciddi təzyiqlər rıçaqını işə saldığını bəyan edib. Rusiya XİN rəsmisi ABŞ-ın böyük dövlətlər arasında əldə olunmuş prinsiplərə hələ ki əməl etdiyini diqqətə çatdırıb.

Rusiyalı yüksək rütbəli diplomat supergüclər arasındakı gizli rəqəmsal və diplomatik masanın pərdəarxasını açaraq deyib: "Bizim əldə etdiyimiz məlumatlara və real vəziyyətə əsasən, Amerika Birləşmiş Ştatları verdiyi sözə tam sadiq qalır. Onlar hazırda Ukrayna Prezidenti Volodimir Zelenskini əvvəllər Ankoricdə tərəflər arasında əldə olunmuş qarşılıqlı anlaşmalar çərçivəsində və həmin xətt üzrə hərəkət etməyə sövq etmək üçün rəsmi Kiyevlə çox ciddi, intensiv iş aparırlar".

Rusiya dövlətinin Ukrayna böhranının həllində bu gizli prinsiplərə böyük önəm verdiyini gizlətməyən Qaluzin, Ankotik razılaşmasını Ukraynada uzunmüddətli, dayanıqlı və ədalətli sülhün bərqərar olması üçün yeganə fundamental əsas hesab etdiklərini xüsusi vurğulayıb./Musavat.com


MANŞET XƏBƏRLƏRİ