Fırtına böyüyür! Fayldan çıxan son ad ABŞ-ı silkələyəcək


ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş direktoru Ben Blek ilə həbsxanada vəfat edən maliyyəçi Ceffri Epşteyn arasındakı əlaqələrlə bağlı yeni detallar üzə çıxıb.

Turkustan.az xəbər verir ki, Britaniyanın “Qardian” qəzetinin məlumatına görə, Epşteynə məxsus 5 mindən çox elektron məktub araşdırılıb və onun Ben Blek ilə münasibətlərinə dair yeni məlumatlar əldə edilib.

Araşdırma zamanı məlum olub ki, Ben Blek və bəzi ailə üzvləri 2011-ci ildə Ceffri Epşteynin qabıq şirkət vasitəsilə səhmdar olduğu Environmental Solutions Worldwide (ESWW) şirkətinə investisiya yatırıb. Bildirilir ki, Ben Blek və qardaşı Coşua Blek həmin il şirkətdə rəhbər vəzifələrdə çalışıblar.

Hesabatda həmçinin qeyd olunur ki, investor Leon Blek daha əvvəl Epşteynə sözügedən investisiya ilə bağlı məsləhətlər verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ