Rusiya: Sanksiyalara qarşı hücum yanaşmasına keçəcəyik


Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin ölkəsinin sanksiya siyasətində hər hansı yumşalma gözləmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, “müdafiə və sanksiyalara qarşı hücum arasındakı balans artıq daha çox hücum istiqamətinə dəyişəcək”.

Oreşkin bu fikirləri Rusiyada keçirilən St. Petersburg International Economic Forum çərçivəsində təşkil olunan sessiyada səsləndirib.

Dünya iqtisadiyyatında ciddi transformasiya proseslərinin getdiyini vurğulayan Oreşkin qeyd edib ki, sanksiyalarla bağlı vəziyyətin dəyişəcəyini gözləmək düzgün olmaz:

“Sanksiyalarla bağlı heç nəyin dəyişəcəyini və ya geri çevriləcəyini gözləməməliyik. Onlar nə ləğv olunacaq, nə də dəyişəcək”.

Oreşkin bildirib ki, Rusiya artıq sanksiyalara qarşı yalnız reaktiv yanaşma ilə kifayətlənməməlidir və bu sahədə müdafiə modelindən xeyli uzaqlaşıb.

O xatırladıb ki, Rusiya 2022–2023-cü illərdə sanksiyalara qarşı əsasən müdafiə xarakterli siyasət yürüdüb. Hazırda isə ölkənin daha balanslı strategiyaya keçdiyini deyən Oreşkin bu prosesin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ