CHP-nin Ali İntizam Şurasının sabah toplanacağı açıqlanıb.
Turkustan.az xəbər verir ki, məhkəmə qərarı ilə CHP sədrliyinə qayıdan Kemal Kılıçdaroğlunun 19 nəfərlik yeni Mərkəzi İcra Heyətini (MYK) formalaşdırmasından sonra partiyada gərgin siyasi proses yaşanır.
Kılıçdaroğlunun sədrliyi ilə keçiriləcək CHP Ali İntizam Şurasının sabahkı iclası xüsusi diqqət mərkəzindədir. Ankara siyasi kulislərində yayılan iddialara görə, iclasda partiya rəhbərliyinə qarşı çıxan bəzi üzvlərlə bağlı intizam tədbirləri, o cümlədən partiyadan xaricetmə məsələləri müzakirə oluna bilər.
Bu arada, Kılıçdaroğlu tərəfindən CHP-nin sözçüsü vəzifəsinə yenidən təyin edilən Müslim Sarı ilk MYK iclasından sonra açıqlama verib.
Sarı bildirib ki, partiya orqanları qısa müddətdə fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, CHP Partiya Məclisinin növbəti iclası iyunun 11-də keçiriləcək. Həmçinin Ali İntizam Şurası da yeni dövr üzrə ilk iclasını baş tutacaq.
Aytən Yaşar/ Turkustan.az