Bakıda dərman anbarlarında YANĞIN - Xəsarət alan var?


Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən obyektdə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Turkustan.az xəbər verir ki, yanğın bir-birinə bitişik dərman anbarlarında baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alan yoxdur.

Qeyd olunur ki, yanğın saat 12 radələrində başlayıb./oxu.az


MANŞET XƏBƏRLƏRİ