ABŞ-ın Yuta ştatında yaşayan 37 yaşlı Landon Dennis masadan yıxılaraq başından ağır xəsarət alıb və kliniki ölüm keçirib.
Turkustan.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Həkimlər onu bir neçə dəfə yenidən həyata qaytara biliblər. Landon həmin anlarda özünü başqa bir aləmdə gördüyünü iddia edib.
Onun sözlərinə görə, orada əvvəllər vəfat etmiş babasının və bacısı qızının ruhları ilə qarşılaşıb. Daha sonra isə telepatik şəkildə gələcəkdən gəldiyini düşündüyü iki varlıqla ünsiyyət qurub. Dennis həmin varlıqların qohumları olduğunu hesab edir.
Amerikalı bildirib ki, onlar ona iki mühüm hadisə barədə xəbərdarlıq ediblər. İddiasına görə, həmin hadisələrdən biri artıq baş verib, digəri isə hələ gələcəkdə baş tutacaq.
“Mən dəqiq deyə bilərəm ki, ölümdən sonra həyat var. Əgər yaxınlarınız üçün darıxırsınızsa, bir gün onlarla yenidən görüşəcəksiniz”, - deyə Landon Dennis vurğulayıb./publika.az