Livan prezidenti Cozef Aun İsrail ilə əldə edilən atəşkəsin bütün tərəflərin təsdiqləməsi şərtilə 24 saat ərzində qüvvəyə minə biləcəyini açıqladı.
Turkustan.az xəbər verir ki, Livan Prezidenti Cozef Aun yerli mediaya verdiyi açıqlamada İsrail və Livan arasında dünən əldə edilən atəşkəs barədə şərh verib . Aun bildirib ki, atəşkəs bütün tərəflərin onu təsdiqləməsindən sonra 24 saat ərzində qüvvəyə minə bilər.
ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan nümayəndə heyətləri arasında birbaşa danışıqların dördüncü raundu başa çatdıqdan sonra üç ölkə danışıqların məzmunu ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda İsrail və Livan nümayəndə heyətlərinin atəşkəsin tətbiqi ilə bağlı konsensusa gəldiyi qeyd olunub və "İsrail və Livan atəşkəsin tətbiqi ilə bağlı razılığa gəliblər" deyilib.
Aytən Yaşar/ Turkustan.az