“Bild”: Bu, Almaniya hökuməti üçün böyük rüsvayçılıqdır


Almaniyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müvəqqəti yerə seçilə bilməməsi ölkədə məyusluğa səbəb olub.

Turkustan.az xəbər verir ki, "Bild" qəzeti kansler Fridrix Merts hökumətini tənqid edərkən "Federal hökumət üçün böyük bir rüsvayçılıq. Almaniya BMT Təhlükəsizlik Şurasındakı yerini əldən verdi" başlığı ilə çıxış edib.

Almaniyanın 2027-2028-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) seçilməməsi ölkə mətbuatında və siyasi dairələrində məyusluq yaradıb.

"Federal Hökumət üçün böyük bir biabırçılıq. Almaniya BMT Təhlükəsizlik Şurasındakı yerini əldən verdi", - deyə "Bild" qəzeti yazıb və Baş nazir Fridrix Merzin hökumətinin Portuqaliya və Avstriyaya qarşı acınacaqlı şəkildə uğursuzluğa düçar olduğunu bildirib.

"Frankfurter Allgemeine" qəzeti şərhində bildirib ki, bu seçki nəticəsi xarici işlər naziri Yohann Vadeful və kansler Merzin Almaniyanı beynəlxalq səhnədə əvvəlki illərlə müqayisədə daha güclü bir oyunçu kimi təqdim etmək səylərinə böyük zərbə vurub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ