Hizbullahın baş katibi Naim Qasım ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında aparılan birbaşa danışıqları kəskin tənqid edib.
Turkustan.az xəbər verir ki, Naim Qasım sözügedən danışıqları "utancverici" adlandıraraq, atəşkəs təklifini qəbul etmədiklərini və İsrail Livan ərazisindən tam şəkildə çıxana qədər mübarizəni davam etdirəcəklərini bildirib.
Qasım bu fikirləri İran İslam Respublikasının qurucusu İmam Ruhullah Xomeyninin vəfatının ildönümü münasibətilə yayımladığı müraciətdə səsləndirib. O, çıxışında Livan-İsrail xəttində davam edən danışıqlara və şərti atəşkəs məsələsinə də toxunub.
ABŞ-ın vasitəçiliyi ilə aparılan birbaşa danışıqlara münasibət bildirən Hizbullah lideri qeyd edib ki, “Livan adından aparılan bu mənasız, alçaldıcı və utancverici birbaşa danışıqların nəticəsi Livan xalqının geniş təbəqələri tərəfindən qəti və birmənalı şəkildə rədd edilir”.
Aytən Yaşar/ Turkustan.az